Tayriz Maksi yeni mövsüm öncəsi "Filadelfiya Seventi Siksers"in heyətindəki ulduz oyunçuların meydançada birlikdə çıxış etmədiyini, lakin komanda daxilində münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Maksi komanda daxilində qarşılıqlı anlaşmanın formalaşdığını vurğulayıb: "Hələ meydançada bir yerdə oynamamışıq, görəcəyik. Amma meydançadan kənarda münasibətlərimiz əladır, daim ünsiyyətdəyik, vaxtımızı yaxşı keçiririk. Oyunçular bir-birini ruhlandırır, hər kəs fədakarlığa hazırdır. Hamı belə düşünür. Əsas odur ki, meydançada bu münasibəti nəticəyə çevirək. Fədakarlıq göstərmək, birgə hərəkət etmək və hər oyunda mübarizə aparmaq əsas prinsiplərimizdir. Qarşıda çətinliklər olacaq, amma əsas məqsəd pley-offa qədər düzgün istiqamətdə irəliləməkdir".


