Usman Nurmaqomedov UFC-nin yüngül çəki dərəcəsində istənilən döyüşçü ilə qarşılaşmağa hazır olduğunu bildirib. O, özünü bu divizionun bütün aparıcı idmançılarına qarşı güclü hesab etdiyini vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Nurmaqomedov açıqlamasında "Mən UFC-nin yüngül çəkisində bütün rəqibləri məğlub edə bilərəm, ilk onluqdakı istənilən döyüşçü ilə döyüşməyə hazıram. İstəsələr, Arman Tsarukyan, Castin Geyci, Çarlz Oliveyra, Maks Hollouey – fərqi yoxdur, hamısı ilə döyüşə bilərəm" deyib. Qeyd edək ki, Usman Nurmaqomedov son döyüşünü PFL-də keçirib.


