Almaniya millisinin yarımmüdafiəçisi Yozua Kimmix komandanın baş məşqçi postuna Yurgen Kloppun gəlişi ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Bayern Münhen"in oyunçusu RTL/Sky Sport-a açıqlamasında komandanın yenidən özünəməxsus üslubunu tapmasının vacibliyini vurğulayıb.
Kimmix bildirib ki, bu, həm meydanda, həm də ondan kənarda, komandanın bir-birinə münasibətində və daxili proseslərin qurulmasında özünü göstərir.
O, qeyd edib ki, oyunçular bir-birinə dəstək olmalı, birlikdə oynamağı və ünsiyyəti ön planda saxlamalıdırlar.


