"MakLaren"in pilotu Oskar Piastri Azərbaycan Qran-Prisinə hansı əhval-ruhiyyə ilə hazırlaşdığını və bu mövsüm formasını yaxşılaşdırmaq üçün komanda ilə necə çalışdıqlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, avstraliyalı sürücü inkişaf etmək üçün bütün qüvvələrini səfərbər etdiklərini bildirib:

"İrəliləyiş əldə etmək və inkişaf etmək üçün bütün gücümüzü ortaya qoymuşuq. Düşünürəm ki, komanda hər şeyi mümkün qədər tez düzəltməyə çalışaraq yaranmış vəziyyətə çox yaxşı reaksiya verdi. Komandada böyük dəstək hiss edirəm. Builki bolidlər əvvəl işlədiyimiz texnikadan çox fərqlənir: əvvəllər fayda verən bir çox həllər indi səmərəsizdir. Burada hər şey sadə deyil – bir istiqamət tapıb daim yalnız ona arxalanmaq olmaz, hər dəfə yeni həll yolu axtarmaq lazımdır".

25 yaşlı pilot Bakı treki ilə bağlı təəssüratlarını da bölüşüb:

"Azərbaycan Qran-Prisinin treki ilə bağlı münasibətim, belə desək, qarışıqdır. Formula 1-dəki ən yaxşı və ən pis yarışımı məhz bu trasda keçirmişəm. Amma trek həqiqətən də maraqlıdır. Ümid edirəm ki, bu yarış daha çox 2024-cü il mərhələsinin ssenarisi üzrə keçəcək".