"Qalatasaray" heyətini yeni hücumameylli yarımmüdafiəçi ilə gücləndirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Strasburq"un üzvü Xulio Ensiso üçün rəsmi təklif göndərib.
Bu barədə insayder Ertan Süzgün məlumat yayıb.
"Sarı-qırmızılar" Fransa klubuna paraqvaylı futbolçunu məcburi satın alma opsiyası ilə icarəyə götürməyi təklif edib.
Müqavilənin şərtlərinə əsasən, "Qalatasaray" 5 milyon avro icarə haqqı ödəyəcək və mövsümün sonunda 15 milyon avroluq məcburi satın alma bəndini aktivləşdirəcək.


