İtaliyanın tanınmış qapıçısı Canluici Buffon "Milan"ın və İtaliya millisinin sabiq müdafiəçisi Franko Baresinin vəfatı ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Buffon 1995-ci il 19 noyabrda A Seriyasında "Milan"a qarşı debüt etdiyini xatırladıb. O bildirib ki, həmin vaxt 17 yaşı olub və meydanın digər tərəfində komandanın kapitanı Franko Barezi dayanıb. Buffon qeyd edib ki, onun yaşında bir gənc üçün belə çempionlara qarşı oynamaq inanılmaz hiss idi. Həmin gündən etibarən futbolu ləyaqət, liderlik və hörmətlə təmsil etməyin nə demək olduğunu daha yaxşı anladığını vurğulayıb. "Əlvida, Franko. Hüzur içində yat", – deyə Buffon bildirib.


