"Arsenal" Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimaraesin transferi üçün "Nyukasl"la danışıqları yekun mərhələyə çatdırıb.
Offsideplus.az xəbər verir ki, London klubu 28 yaşlı futbolçu üçün 90 milyon avro təklif edib. Hazırda tərəflər bonusların və agent haqlarının məbləğini müzakirə edir. Əgər yaxın günlərdə bütün detallar razılaşdırılsa, Gimaraes "Arsenal"ın oyunçusu olacaq.
Transferin baş tutacağı təqdirdə, 2022-ci ildə Gimaraesi "Nyukasl"a satan "Lion" da gəlirdən pay alacaq. Fransız klubu bu keçiddən 8 milyon avrodan çox gəlir əldə edəcək.


