Fabio Çelestini ÇSKA-nın (Moskva) baş məşqçisi postundan qovulduğu üçün 500 000 avro məbləğində təzminat alacaq.
Offsideplus.az xəbər verir ki, bu rəqəm Rusiya Premyer Liqasının mövsüm sonundakı nəticəsinə əsasən müəyyən edilən beşinci (600 000 avro) və altıncı yerlər (300 000 avro) üçün nəzərdə tutulmuş təzminat məbləğlərinin ortalamasıdır. 28 turdan sonra "ordu klubu" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Bu gün "qırmızı-göylər" isveçrəli mütəxəssislə 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqaviləyə xitam veriblər. Müqavilənin ləğvi ilə bağlı danışıqlar şənbə günü doğma meydanda "Zenit"ə məğlubiyyətdən (1:3) sonra başladılıb.
ÇSKA-nın müvəqqəti baş məşqçisi vəzifəsinə Dmitri İqdisamov gətirilib.
Çelestini keçən ilin iyun ayından ÇSKA-ya rəhbərlik edirdi. Çərşənbə günü onlar Rusiya Kubokunun "Regionlar yolu" finalında "Spartak"la qarşılaşacaqlar.


