"Trabzonspor"u "Zenit"ə dəyişən Felipe Auqusto geyinəcəyi forma nömrəsini seçib.
Offsideplus.az insayder İvan Karpova istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu Sankt-Peterburq klubunda 9 nömrəli formada çıxış edəcək.
Daha əvvəl "Zenit"də bu nömrə altında Salomon Rondon, Aleksandr Buxarov, Fatih Təkkə, Aleksandr Kokorin, Jerson və Con Duran kimi futbolçular çıxış ediblər.
Mənbənin bildirdiyinə görə, Auqusto gələn həftə tibbi müayinə üçün Sankt-Peterburqa yollanacaq. "Zenit"lə 5 illik müqavilə imzalayacaq braziliyalının mövsümlük maaşı 2 milyon avrodan çox olacaq.
Transferin maliyyə detalları barədə fərqli iddialar var: bəzi mənbələr məbləğin 15+5 milyon, digərləri isə 18+2 və ya 16+4 milyon avro olacağını yazır.
Qeyd edək ki, hücumçu Türkiyə çempionatının ötən mövsümündə 32 matçda 13 qol vurub.


