Azərbaycan paytaxtında ənənəvi "Bakı Open" beynəlxalq şahmat festivalı keçirilir.
Offsideplus.az xəbər verir ki, güclülərin yer aldığı A qrupunda 100 şahmatçı mübarizə aparır ki, onların da 26-sı yerli idmançıdır.
Altı turdan sonra hərəyə 5 xal toplayan 5 şahmatçı liderlər qrupunda qərarlaşıb. Onlardan biri də əlavə göstəricilərə görə ilk "beşliy"i qapayan Azərbaycan təmsilçisi Xaqan Əhməddir.
Qeyd edək ki, festival B və C qrupları üzrə də təşkil olunur. Ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edən yarış İsveçrə sistemi üzrə 9 turdan ibarətdir və mayın 6-na qədər davam edəcək.


