"Minnesota"nın ulduzu Entoni Edvards sol dizindəki zədə səbəbindən NBA pley-off mərhələsinin ikinci turundakı "San Antonio Spurs"a qarşı keçiriləcək ilk oyunda iştirak etməyə bilər.

Offsideplus.az xəbər verir ki, o, "Denver Naqqets"lə seriyanın dördüncü oyununda sol dizindən sümük əzilməsi zədəsi almış və son iki matçı qaçırmışdı.

ESPN portalının məlumatına görə, basketbolçu bu həftəsonu yüngül məşqlərə qatılıb və komanda ilə birlikdə San Antonioya yollanıb. Mənbələr onun ikinci raund ərzində heyətə qayıtması ilə bağlı nikbin olduğunu bildirirlər.

Qeyd edək ki, gənc ulduz müntəzəm mövsümün sonunda onu narahat edən sağ dizindəki problemdən də hələ tam qurtulmayıb.