Kikboksinq üzrə dünya şöhrətli döyüşçümüz Alim Nəbiyev qarşıdakı hədəfləri ilə bağlı iddialı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, o, son döyüşündəki gərgin anlara toxunaraq, çətinliklərin onu daha da gücləndirdiyini vurğulayıb.
Nəbiyev rəqiblərinin onu dayandırmaq cəhdlərinin boşa çıxdığını qeyd edərək bu sözləri paylaşıb:
"O, məni bitirməyə çalışdı... Amma sonda öz hökmünü imzalamış oldu. Mən məğlubiyyətə nə qədər yaxın olursam, bir o qədər təhlükəli oluram."
Təmsilçimiz artıq özünü daha böyük platformalarda sübut etmək niyyətindədir. O, paylaşımında "UFC" prezidenti Dana Vaytı və rəsmi "UFC" hesabını işarələyərək (tag edərək) layiqli təkliflər gözlədiyini bəyan edib:
Alim Nəbiyev dünyanın ən nüfuzlu döyüş təşkilatında çıxış etmək istəyini gizlətmir. Döyüşçü karyerasında yeni və daha çətin bir səhifə açmağa tam hazır olduğunu bildirib.


