Bu səhər UFC-də Döyüş Gecəsi üzrə qarşılaşmalar keçirilib.
Offsideplus.az xəbər verir ki, "UFC Fight Night" çərçivəsində əsas kartın döyüşləri Bakı vaxtı ilə saat 04:00-dan başlayıb. Gecənin əsas döyüşü Renato Moykano və Kris Danken arasında baş tutub. Bu görüşdə Moykano rəqibini təslimetmə yolu ilə məğlub edərək ikinci raundda qalib gəlib.
Gecənin digər döyüşündə isə Türkiyəni təmsil edən Əbdülrəhman Yahyayev Brendson Ribeyronu məğlubiyyətə uğradıb.


