"Inter Mayami"nin ulduzu Lionel Messi klubun yeni stadionunun açılışını qolla qeyd edib.

Offsideplus.az xəbər verir ki, "Ostin"lə keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

26 min azarkeş tutumu olan "Nu Stadium"un debüt matçında klubun həmtəsisçisi Devid Bekhem də iştirak edib. Bekhem açılış mərasimində bu günü "gerçəkləşən bir arzusu" adlandırıb.

Oyun bayram əhval-ruhiyyəsində başlasa da, qonaqlar artıq 6-cı dəqiqədə Gilerme Bironun qolu ilə hesabı açıblar. Lakin çox keçmədən Messi yeni arenada komandasının ilk qoluna imza atmağı bacarıb.

"Ostin" 53-cü dəqiqədə yenidən önə keçməyi bacarıb.

Görüşdə yekun hesabı Luis Suares bəlirləyib - 2:2.

Messinin qolunu sizə təqdim edirik: