"Red Bull" komandası "Ferrari"nin pilotu Şarl Lekleri heyətinə qata bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Qilyano Daçessa məlumat yayıb. Avstriya komandası Maks Verstappen F1 karyerasını bitirəcəyi halda onu monakolu pilot ilə əvəzləmək istəyir.
Bildirilir ki, Lekler "Ferrari"də əsas pilot olmayacağı halda komandadan ayrılmağı düşünə bilər.
Qeyd edək ki, bir müddət əvvəl Maks Verstappen karyerasını bitirəcəyi yönündə açıqlamalar vermişdi.


