Misli Premyer Liqasında XXVI turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün "Sumqayıt" "Neftçi"ni qəbul edib.
Komandaların ilk iki dövrədəki oyunlarından biri "ağ-qaralar"ın qələbəsi, digəri isə heç-heçə başa çatıb.
Bu oyuna qədər "Neftçi" 37 xalla 6-cı, "Sumqayıt" isə 32 xalla 7-ci yerdədir.
Misli Premyer Liqası, XXVI tur
5 aprel (bazar)
18:00 “Sumqayıt” 1:3 “Neftçi”
Qol: Freddi Varqas (36' - penalti), Nikola Ninkoviç (53'), İfeanyi Metyu (65'), Vensan Abubakar (89')
Qol ləğv edildi: Freddi Varqas (9')
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


