"Bayern Munhen" Harri Keynin "Real Madrid"lə keçiriləcək ilk oyuna yetişəcəyinə əmindir.

Offsideplus.az xəbər verir ki, ingilis futbolçu şənbə günü Bundesliqada "Frayburq" üzərində qazanılan çətin qələbəni (3:2) buraxıb. Bu, İngiltərə millisinin kapitanının həm klub, həm də yığma səviyyəsində son 7 matçda iştirak etmədiyi 5-ci görüş olub.

32 yaşlı forvard yığmasının martdakı yoldaşlıq oyunlarında da iştirak etməmişdi. Baş məşqçi Tomas Tuxel isə bu zədənin "yüngül" olduğunu bildirib.

Çempionlar Liqasının 6 qat qalibi olan Münhen təmsilçisi turnirin favoritlərindən sayılsa da, 2012-ci ildən bəri "Real Madrid"ə qalib gələ bilmir. Keynin karyerası boyu topuq zədələrindən əziyyət çəkdiyi bilinsə də, Almaniya mediası onun "Frayburq"la matçda məhz "Real"la oyun düşünülərək istirahət etdirildiyini iddia edir.

Qeyd edək ki, "Real Madrid" və "Bayern Münhen" arasındakı ilk matç aprelin 7-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.