Dünən "Atletiko Madrid"in ev sahibliyi etdiyi "Metropolitano" stadionunda baş tutan qarşılaşmada xoşagəlməz hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Barselona" klubunun gənc ulduzu Lamin Yamal azarkeşlərin intensiv təhqirləri ilə üzləşib.
Tribunalardan gənc futbolçunun ünvanına ağır ifadələr səsləndirilib. Şahidlərin və medianın yaydığı məlumatlara görə, azarkeşlər ona qarşı həm xarici görünüşü ilə bağlı, həm də irqçi xarakterli şüarlar səsləndiriblər:
"Sən çox çirkinsən! Mərakeşə geri dön, rədd ol"
Bu hadisə futbol dünyasında böyük narazılığa səbəb olub. İspaniya futbol rəsmilərinin və "Barselona" klubunun məsələ ilə bağlı araşdırma aparacağı və intizam tədbirləri görəcəyi gözlənilir.


