Misli Premyer Liqasında XXI tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, açılış matçında "Kəpəz" Yevlaxda "Qəbələ"ni qəbul edib. Görüş "Qəbələ"nim 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qarşılaşma Premyer Liqada qalmaq üçün böyük önəm kəsb edir.
"Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" isə 19 xalla 11-ci yerin sahibidir.
Misli Premyer Liqası, XXVI tur
5 aprel (bazar)
15:30 “Kəpəz”– “Qəbələ” 0:2
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu


