Misli Premyer Liqasının XXVI turunda "Qəbələ" "Kəpəz"i 2:0 hesablı məğlubiyyətə uğradıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qəbələ təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze oyunu şərh edib:
“Birinci növbədə futbolçulara təşəkkür edirəm. Bu gün çox çalışdılar. Yaxşı oyun və yaxşı nəticə göstərdilər. Oyunun əvvəlində müəyyən qədər gərginlik var idi. İkinci hissədə rəqibin heç bir şansı olmadı. Fasilədən sonra daha yaxşı oynadıq. Futbolçulara dedim ki, daha yaxşı oynaya bilərsiz. Bundan sonra hər oyun bizim üçün final kimidir. Döyüşmək, güclü olmaq lazımdır. Azarkeşlərə təşəkkür edirəm, son nəticələrə rəğmən, gəlib komandanı dəstəklədilər”.


