UFC325 tədbirində Maurisio Ruffiyə məğlub olan Rafael Fiziyev döyüşün ardından ilk açıqlamalarını edib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı idmançı daha güclü geri qayıdacağını bildirib:

"Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram. Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacağam. Yenə də davam edəcəyəm, özümü inkişaf etdirəcəm, çalışacam, irəli gedəcəm və hamını qələbələrimlə sevindirməyə çalışacam. Bunun öhdəsindən gələcəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı"...