Azərbaycan U-21 milli komandası bu gün 2027-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, onların rəqibi Cəbəllütarriq olub.
İlk oyunda onları səfərdə 1:0 hesabı ilə məğlub etmişdik.
Azərbaycan U-21 9 turdan sonra 7 xalla 5-ci yerdə idi. Cəbəllütarriq isə xalsızdır.
Qalib gələn yığmamız seçmə mərhələlər tarixinin xal rekordunu yeniləyib.
U-21 AÇ-2027 seçmə mərhələ, B qrupu
17:45 Azərbaycan U-21 3:0 Cəbəllütarriq U-21
Əlincə stadionu


