AVRO-2027-nin seçmə mərhələsində Azərbaycan U-21 yığması bu gün Çexiya U-21 seçməsi ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada bütün qollar ilk hissədə vurulub. Tərəflər hərəyə bir dəfə fərqlənib - 1:1.
Yığmamızın qoluna Eşqin Əhmədov imza atıb.
B qrupunda mübarizə aparan U-21 millimiz 8 turdan sonra 7 xala malikdir.
Çexiya isə 15 xalla qrupda ikincidir.
AVRO-2027, B qrupu
17:45 Azərbaycan U-21 - Çexiya U-21 1:1
Qollar: Eşqin Əhmədov, 45' - Filip Lissah, 38'.
"Bank Respublika Arena"


