Madrid "Atletiko"su Ademola Lukmanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, klubun baş məşqçisi Dieqo Simeone nigeriyalı futbolçunu çox bəyənir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Madrid təmsilçisi bu keçidi erkəndən bitirmək üçün "Atalanta" ilə danışıqlar aparır.

27 yaşlı futbolçunun "transfermarkt" portalına görə bazar dəyəri 60 milyon avrodur.