​"Atletiko Madrid" klubunun prezidenti Enrike Serezo ulduz futbolçu Xulian Alvaresin komandadakı gələcəyi ilə bağlı verilən suala verdiyi kəskin və sarkastik cavabla idman gündəmini sarsıdıb.

Offsideplus.az xəbər verir ki, transfer şayiələrindən bezən prezident, futbolun qeyri-müəyyənliyini insan həyatının müvəqqatiliyi ilə müqayisə edib.

​Mətbuat mühitində argentinalı hücumçunun klubda qalıb-qalmayacağı ilə bağlı israrlı sualları cavablandıran Serezo ona ünvanlanan "Xulian Alvaresin qalacağına zəmanət verə bilərsinizmi?" - sualına gözlənilməz bir qarşılıq verib:

​"Siz mənə ilin sonuna qədər ölməyəcəyinizin zəmanətini verə bilərsinizmi? Həyatda heç bir şeyin zəmanəti yoxdur."

​Prezidentin bu çıxışı həm sosial mediada həm də idman ictimaiyyətində böyük rezonans doğurub. Enrike Serezo bu üslubu ilə müasir futbolda transferlərin hər an reallaşa biləcəyini və heç bir klubun 100 faizli vəd verə bilməyəcəyini özünəməxsus (və bir az da qorxulu) yumor hissi ilə ifadə edib.

​"Atletiko Madrid" tərəfdarları bu açıqlamanı prezidentin ulduz oyunçunu satmaq niyyətində olmadığı, lakin futboldakı reallıqları da gözardı etmədiyi şəklində şərh ediblər. Hazırda Xulian Alvares komandanın hücum xəttinin əsas siması hesab olunur.