"Atletiko Madrid" "Tottenhem"in futbolçusu Rodriqo Bentankurla maraqlanır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Fichajes" portalı məlumat yayıb.
R. Bentankur "Tottenhem"lə müqaviləsi gələn ilin yayında başa çatır. Uruqvaylı futbolçu azad agent kimi Madrid təmsilçisinə keçə bilər.
O, 2022-ci ilin yanvarından Premyer Liqa klubunda çıxış edir. 28 yaşlı yarımmüdafiəçi burada 117 oyunda 9 qol vurmağı bacarıb.



