"Barselona" 19 yaşlı yarımmüdafiəçi Mark Bernalın maaşını artırmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, kataloniya təmsilçisi yaxın günlərdə Bernalla görüş keçirəcək və müqavilə şərtlərinin yaxşılaşdırılmasını müzakirə edəcək. "Mançester Siti"dən Rodrinin mümkün transferinə baxmayaraq, klub Bernalı gələcəyin əsas oyunçusu hesab edir.
"Barselona"nın prezidenti Joan Laporta və idman direktoru Deku Bernalı komandanın ayrılmaz hissəsi kimi görürlər. Gənc futbolçu özü də müqavilə şərtlərinin yaxşılaşdırılmasında maraqlıdır.
Bernalın vəziyyətini İngiltərə, Almaniya və İtaliya klubları yaxından izləyir. Ötən La Liqa mövsümündə o, 22 oyunda meydana çıxıb, orta hesabla 35 dəqiqə oynayıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


