"Neftçi" milli komandanın üzvü Cəbrayıl Əkbərovu heyətinə cəlb edib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 194 sm boya malik hücumçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.


Ötən mövsüm "Gəncə" klubunun şərəfini qoruyan 24 yaşlı basketbolçu Azərbaycan millisinin üzvü kimi beynəlxalq arenalarda, o cümlədən AVRO-2029-un ilkin seçmə mərhələsi kimi mühüm yarışlarda ölkəmizi təmsil edib.