“İnter Mayami” klubunda forma geyinən 39 yaşlı futbolçu Luis Suares yenidən Uruqvay millisinə dəvət ala bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə yığmada baş məşqçinin səlahiyyətlərini icra edən Dieqo Forlan “TyC Sports”a açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, Suares kimi təcrübəli hücumçu milli komanda üçün faydalı olar. O, futbolçunun milliyə qayıdışına isti yanaşdığı, yığmaya çağırıla biləcəyini vurğulayıb.
Qeyd edək ki, Luis Suares 2026-cı ildə ABŞ çempionatında keçirdiyi 14 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


