PSJ Fransa çempionatının 6-cı turunda ev oyununda "Le Man"ı məğlub edib - 3:1.
Offsideplus.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi kollektiv bundan əvvəl "Marsel"i 2:1, "Brest"i isə 1:0 hesabı ilə üstələyib.
Komanda həmçinin Çempionlar Liqasının birinci turunda "Slovan"a 6:1 hesabı ilə qalib gəlib.
Çərşənbə günü PSJ səfərdə "Mançester Siti" ilə qarşılaşacaq.


