"Kəpəz" futbol klubu qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı qolkiperlə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, R.Əzizli ötən mövsüm "Səbail"də çıxış edib.


