İspaniyanın "Sevilya" klubu İsveçin "Sirius" komandasından şotlandiyalı hücumçu Robbi Yuru transfer edib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı forvardla 2031-ci ilə qədər müqavilə imzalanıb.
O, 2026 mövsümündə İsveç çempionatında keçirdiyi 15 matçda 15 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


