UFC döyüşçüsü İen Gerri öz son beş rəqibini İslam Maxaçevin qarşılaşdığı idmançılarla müqayisə edib. Gerri bildirib ki, onun son döyüşdüyü idmançılar Maxaçevin rəqiblərindən daha güclü və təhlükəli olublar.

Offsideplus.az xəbər verir ki, Gerri bu barədə belə deyib: "Əgər mənim son beş rəqibimə və Maxaçevin qarşılaşdığı idmançılara baxsanız, burada müzakirə olunacaq heç nə yoxdur. Mən Belal Məhəmməd, Şavkat Raxmonov, Karlos Prates və Maykl Peyclə döyüşmüşəm. Bu dördü dünyanın ən güclü və təhlükəli döyüşçülərindən sayılır. Maxaçev isə Cek Della Maddalena, Renatu Moykano, Dastin Puarye və Aleks Volkanovski ilə qarşılaşıb. Dastin və Aleks əfsanədir, amma onlar mənim sadaladığım döyüşçülər qədər təhlükəli deyillər. Mənim rəqiblərim həm daha böyük, həm də daha hündür olublar. Şavkat ardıcıl 18 vaxtından əvvəl qələbə qazanıb, Prates isə 11 dəfə ardıcıl nokautla qalib gəlib. Mən ən çətin rəqiblərlə döyüşmüşəm. Maxaçevlə qəfəsə çıxanda, niyə böyük döyüşçü olduğumu sübut edəcəyəm."

Qeyd edək ki, İslam Maxaçev – İen Gerri döyüşü 16 avqustda UFC 330-un əsas qarşılaşması olacaq.