İngiltərə Premyer Liqasında çıxış edən Maylz Lüis-Skellinin gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, "Arsenal"ın müdafiəçisinin xidmətləri "Çelsi" və "Mançester Yunayted"ə təklif olunub. Jurnalist Ben Ceykobsun məlumatına görə, "topçular" Brunu Gimaraeşlə müqavilə imzaladıqdan sonra Lüis-Skellinin satışını nəzərdən keçirməyə hazırdır. 19 yaşlı ingilis futbolçu ötən mövsüm Premyer Liqada 20 oyunda meydana çıxıb və məhsuldar göstərici ilə fərqlənməyib.