PSJ-nin baş məşqçisi Luis Enrike onu ən çox motivasiya edən məqamdan danışıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis özünü heç vaxt dahilik iddiasında görmədiyini bildirib:

"Mən dahi deyiləm və belə olmaq istəmirəm. Məncə, mən rəqabət üçün doğulmuşam – bu zaman özümü ən rahat hiss edirəm. İstər stolüstü oyun, tennis, padel, futbol və ya məşq olsun, rəqabət məni həmişə cəlb edir. Daim öz nəticələrimi, oyunçularla və komanda ilə münasibətlərimi yaxşılaşdırmaq, özümə daha yüksək tələblər qoymaq, komandaya dəstək olmaq və maksimum nəticə əldə etmək mənim üçün əsasdır. Amma mən bunu sadəcə məşqçi olduğum üçün deyil, onları inandıraraq əldə etməyi sevirəm. Oyunu anlamağa və onu oyunçulara mümkün qədər sadə şəkildə izah etməyə çalışıram. Düşünürəm ki, məni daim inkişaf etməyə sövq edən də məhz budur. İndi insanlar mənə deyir ki, çoxlu kuboklar qazanmışam, amma bunların heç bir əhəmiyyəti yoxdur, çünki hamısı artıq keçmişdə qalıb. Mən diqqətimi qələbə arzusunu qorumağa yönəltmişəm".