Bu gün avrokuboklarda cavab qarşılaşmaları start götürüb.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Sabah" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Orhus"u sınağa çəkib.
4 cavabsız qolla qalib gələn "bayquşlar" Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.
Onlar, həmçinin bu nəticə ilə UEFA Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni də təmin ediblər.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
20:00. "Sabah" 4:0 "Orhus" (Danimarka)
"Bank Respublika Arena".
İlk oyun: 1:2.


