Təcrübəli forvard-mərkəz Joel Bolomboy karyerasını Fransanın "ASVEL" klubunda davam etdirəcək. 32 yaşlı basketbolçu ilə iki illik müqavilə imzalanıb.

Offsideplus.az xəbər verir ki, Bolomboyun adı son həftələr bir neçə klubla hallansa da, o, sonda "ASVEL"in heyətinə qoşulub. 2,03 metr boya malik oyunçu Avropada böyük təcrübəyə malikdir. O, daha əvvəl "Olimpiakos" və "Crvena Zvezda" kimi klublarda çıxış edib, 2019-cu ildə isə "CSKA" ilə EuroLeague çempionluğunu qazanıb. Bolomboyun zəngin təcrübəsi və atletik keyfiyyətləri "ASVEL"in rəqabət qabiliyyətini artıracağı gözlənilir.

Yeni mövsümdə "ASVEL"in heyətində Both Gach, Edvin Cekson, Bodian Massa, Petti Mills, Mbaye Ndiaye və İv Pons kimi oyunçular da yer alacaq. Komandanın idman direktoru və rəhbəri Toni Parker hesab edir ki, Bolomboyun gəlişi heyətə əlavə güc qatacaq.