Fransanın PSJ klubu UEFA Superkuboku uğrunda İngiltərənin “Aston Villa” komandasına qarşı keçirəcəyi oyun üçün iştirak ərizəsini açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa çempionunun Avropa futbol qurumuna təqdim etdiyi siyahıda 24 futbolçunun adı yer alıb.
Qapıçılar: Alessandro Lonqoni, Luka Şevalye, Matvey Safonov;
Müdafiəçilər: Əşrəf Hakimi, Lukas Beraldo, Markinyos (kapitan), İlya Zabarnı, Luka Din, Luka Ernandes, Nunu Mendeş, Villian Paço;
Yarımmüdafiəçilər: Fabian Ruis, Manyes Akliuş, Vitinya, Senni Meyulyu, Dro Fernandes, Varren Zair-Emeri, Joau Neveş;
Hücumçular: Xviça Kvaratsxeliya, Usman Dembele, Dezire Due, Bredli Barkolya, Kenten Ncantu, İbrahim Mbaye.
Qeyd edək ki, UEFA Superkuboku uğrunda PSJ–“Aston Villa” oyunu avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


