Maks Ferstappen Mayami Qran-prisindəki beşinci yerdə bitirəndən sonra "Red Bull"un inkişaf etdiyini, lakin hələ də qələbə üçün yetərli sürətə malik olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, dördqat dünya çempionu yenilənmiş bolidlə yarışmaqdan zövq alsa da, ilk dövrədəki qəzası (bolidin fırlanması) onu geri salıb:
"Arxa hissədə idarəetməni itirdim və zaman itkisini minimuma endirməyə çalışdım. Yarışın əvvəlində bərk təkərlər (hard tyre) bizdə yaxşı işləmədi və gerilədik. Bəlkə də Oskar Piastrinin (üçüncü yer) yerində ola bilərdim, amma bunu demək indi asandır".
Niderlandlı pilot boliddə hələ açılmamış potensialın olduğunu, lakin hazırda qələbə üçün real şans görmədiyini vurğulayıb:
"Xeyli təkmilləşmişik, lakin hələ də nəsə çatışmır. Daha yaxşı olacağıq".
Qeyd edək ki, 28 yaşlı pilot cari mövsümdə hələ qələbə qazana bilməyib.


