"İnter"in cinah müdafiəçisi Federiko Dimarco 21-ci çempionluqları barədə danışıb.

Offsideplus.az xəbər verir ki, çempionluqda böyük rol oynayan italiyalı futbolçu Kivunun komandaya gəlişi ilə hər şeyin yoluna düşdüyünü bildirib:

"Keçən mövsüm çox böyük məyusluq idi, lakin Kivunun gəlişi ilə hər şey yoluna düşdü.

Bu gün Skudettonu qazanmışıqsa, bu, onun sayəsindədir".