"Perplexity AI" tərəfindən aparılan genişmiqyaslı təhlil nəticəsində 2026-cı il Dünya Kubokunda qalib gəlmə ehtimalı ən yüksək olan ölkələrin siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, proqnozlara əsasən, turnirin əsas favoriti İspaniyadır.

​Dünya futbol ictimaiyyətinin maraqla gözlədiyi turnir öncəsi süni intellekt məlumatları analiz edərək komandaların şanslarını faizlərlə ifadə edib. Siyahının başında %23 ehtimalla İspaniya qərarlaşıb. Onu cüzi fərqlə Fransa (%22) və Portuqaliya (%19) izləyir.

​Son dünya çempionu Argentina %15 ehtimalla dördüncü sırada yer aldığı halda, Afrika təmsilçisi Mərakeş %14 şansla ilk beşliyi tamamlayıb. Maraqlıdır ki, süni intellekt Mərakeş və İngiltərəyə eyni şansı tanıyıb. Futbolun nəhəngləri sayılan Almaniya (%13.5) və Braziliya (%12.5) isə proqnozlarda bir qədər geri qalıblar.

​Süni intellektin təqdim etdiyi geniş siyahıda yer alan digər ölkələrin ehtimalları belədir:

  1. ​Yaponiya: %10
  2. ​Xorvatiya: %9
  3. ​Niderland: %8.8
  4. ​Norveç: %8.7
  5. ​Meksika və Belçika: %8.4
  6. ​Ekvador: %8
  7. ​Uruqvay: %6
  8. ​Kolumbiya: %4
  9. ​İsveçrə: %3.6
  10. ​İsveç: %3
  11. ​Türkiyə: %2.9
  12. ​Çexiya: %2
  13. ​Seneqal: %1.9
  14. ​ABŞ: %1.4
  15. ​Misir və Kanada: %1
  16. ​Fil Dişi Sahili və Bosniya və Herseqovina: %0.9
  17. ​Qana: %0.85
  18. ​Qətər: %0.84
  19. ​Şotlandiya və Avstraliya: %0.81
  20. ​Avstriya: %0.8
  21. ​Cənubi Koreya: %0.7
  22. ​Paraqvay və Əlcəzair: %0.5
  23. ​Tunis: %0.4
  24. ​Cənubi Afrika, Səudiyyə Ərəbistanı və İran: %0.3
  25. ​Özbəkistan və Panama: %0.2
  26. ​Demokratik Konqo Respublikası: %0.19
  27. ​Kurasao, Haiti və İraq: %0.15
  28. ​İordaniya: %0.12
  29. ​Yeni Zelandiya və Yaşıl Burun Adaları: %0.1

​Bu göstəricilər komandaların hazırkı forması, heyət potensialı və tarixi nailiyyətləri əsasında hesablanıb.