ABŞ Prezidenti Donald Tramp, Milli Futbol Liqasının (NFL) adının dəyişdirilməsi ilə bağlı ölkə gündəmini sarsıdan bir təkliflə çıxış edib.

Offsideplus.az xəbər verir ki, ​Prezident Tramp hazırda ABŞ-də "Sokker" (Soccer) kimi tanınan idman növünün ölkədə "Futbol" adlandırılan yeganə rəsmi idman növü olmasını tələb edib. Hazırda Amerikada "Futbol" termini NFL-in təmsil etdiyi Amerika futbolu üçün istifadə edilsə də, dövlət başçısı bu terminologiyanın qlobal standartlara uyğunlaşdırılmasının tərəfdarıdır.

​Ağ Ev rəhbəri dünya miqyasında milyonlarla insanın izlədiyi futbolun əsl adının bərpa olunmalı olduğunu vurğulayaraq deyib:

"Bu futboldur, buna heç bir şübhə yoxdur. NFL üçün başqa bir ad tapmağımız lazımdır."

​Trampın bu çıxışı ABŞ-də idman ənənələrinin gələcəyi ilə bağlı yeni bir müzakirə dalğası başladıb.