"Turan Tovuz" yeni transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, komanda son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 mövsümlük müqavilə imzalayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.


