"Zirə" müdafiəçi Mehdi Mişahşahı transfer edib.

Offsideplus.az xəbər verir ki, futbolçu "Zirə" ilə 3 mövsümlük müqavilə imzalayıb.


Mərakeşli oyunçu son olaraq ölkəsində "Raja Kasablanka" klubunda çıxış edib.


22 yaşlı Mehdi Mişahşah "Raja Kasablanka"dan əvvəl Mərakeşin "Kentira" klubunda forma geyinib.