Yunanıstanın "Olimpiakos" klubunun yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssis İmano Alquasil komandanın yeni baş məşqçisi təyin edilib. 

İspaniyalı mütəxəssis 2018–2025-ci illərdə "Real Sosyedad"ı çalışdırıb.

Qeyd edək ki, Alquasil bu vəzifədə həmyerlisi Xose Luis Mendilibarı əvəzləyib.