"Neftçi" basketbol komandası heyətini növbəti legionerlə gücləndirib.


Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda serbiyalı oyunçu Aleksa Stepanoviç ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.  

Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya Liqasında mübarizə aparan "Hercegovac Gajdobra" olub. 

Qeyd edək ki, 206 sm boya malik təcrübəli oyunçu karyerası ərzində "Partizan", “FMP Belqrad” kimi köklü klubların, eləcə də VTB Birləşmiş Liqasında "Yenisey"in şərəfini qoruyub.