“Liverpul”un müdafiəçisi Ronald Arauxo Çempionlar Liqasında “Barselona”nın performansından danışıb.

Offsideplus.az xəbər verir ki, bu ilin yayında icarə əsasında “Liverpul”a keçən uruqvaylı stoper, keçmiş komandasının Çempionlar Liqasını qazanmağa əsas namizədlərdən olduğunu düşünür:

“Barselona” Çempionlar Liqasının qalibi olmaq üçün əsas favoritlərdən biridir. Komanda yoldaşlarımın uğuruna çox sevinirəm. Onları daim izləyir və dəstəkləyirəm. Hazırda əldə etdikləri nəticələrə görə çox şadam”.

Qeyd edək ki, ötən gün katalonlar "Feyenord"u 5:1 hesabı ilə darmadağın edib.