Londonun “Çelsi” klubunda baş məşqçi Liam Rozenyorun gələcəyi böyük sual altındadır. Arıcıl dörd məğlubiyyətdən sonra gənc mütəxəssis üzərindəki təzyiq pik həddə çatıb.

Offsideplus.az xəbər verir ki, ​“Zadəganlar” üçün son həftələr kabus kimi keçir. Komandanın həm Avropa səhnəsində, həm də daxili çempionatda aldığı ardıcıl zərbələr azarkeşlərin və rəhbərliyin səbrini daşırıb.

​Rozenyorun rəhbərliyi altında “Çelsi”nin Çempionlar Liqasından vaxtından əvvəl kənarlaşması klub üçün həm nüfuz, həm də maliyyə baxımından böyük itki hesab olunur. Bunun ardınca İngiltərə Premyer Liqasında ard-arda xal itkiləri komandanın turnir cədvəlində 6-cı pilləyə qədər geriləməsinə səbəb olub. Çempionluq yarışından tamamilə qopan London təmsilçisi üçün artıq ilk dördlükdə qalmaq da çətinləşib.

​Mövsümü tamamilə uğursuz adlandırmamaq üçün Rozenyorun əlində cəmi bir şans qalıb. Bu il üçün yeganə real titul ümidi İngiltərə Federasiya Kubokudur (FA Cup).

​"Liam Rozenyor üçün artıq geri çəkilməyə yer yoxdur. Federasiya Kuboku onun klubdakı taleyini müəyyən edəcək son sınaq ola bilər."

​Əgər “Çelsi” bu turnirdə də uğursuzluqla üzləşərsə, rəhbərliyin baş məşqçi ilə yolları ayıracağı gözlənilir. “Arsenal” və “Liverpul” kimi rəqiblərin yüksəlişdə olduğu bir dövrdə, Rozenyorun bu təzyiqin öhdəsindən gəlib-gəlməyəcəyi futbol ictimaiyyəti üçün maraq doğurur.