Çempionlar Liqasının ilk oyunu ərəfəsində "Atletiko Madrid" klubunun bir qrup azarkeşi tərəfindən səsləndirilən təhqiramiz şüarlar futbol dünyasında böyük narazılığa səbəb olub.
Offsideplus.az xəbər verir ki, "Barselona" ilə qarşılaşmadan əvvəl lentə alınan görüntülərdə madridli fanatların müsəlmanları hədəf alan "Tullanmayan müsəlmandır" - ifadəsini xorla təkrarladıqları aydın şəkildə eşidilir.
Qeyd: Bu, "Atletiko Madrid" azarkeşlərinin ilk qalmaqalı deyil. UEFA və müvafiq qurumların bu nifrət dolu şüarlarla bağlı araşdırma aparacağı və kluba qarşı sanksiyaların tətbiq olunacağı gözlənilir.


