“Real Madrid”in sabah “Mançester Siti” ilə keçirəcəyi oyun üçün “Santiaqo Bernabeu” stadionunda bütün biletlər satılmayıb.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytında hələ də çox sayda bilet satışda qalır. Bu isə “Real Madrid”in böyük oyunları üçün olduqca nadir hal hesab olunur.
Adətən “Santiaqo Bernabeu”da keçirilən belə yüksək səviyyəli qarşılaşmaların biletləri qısa müddətdə tam satılır. Bu dəfə isə marağın gözləniləndən aşağı olduğu bildirilir.


